Bir neçə gün öncə qəzada ölən şəxs hərbçi imiş - FOTO
Füzulidə baş verən ağır qəza nəticəsində dünyasını dəyişən şəxs hərbçi imiş.
TodayPress TV Unikal-a istinadla xəbər verir ki, hadisə sentyabrın 18-də Füzuli rayonun Mirzəcamallı kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan "Mersedes" markalı maşın yolun kənarına aşıb.
Nəticədə avtomobildə olan sərnişin, 1991-ci il təvəllüdlü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Etibar Abbasov hadisə yerində həyatını itirib.