Böyük cərimə dalğası gəlir: Hemilton Bakıda yox, Meksikada geridən başlayacaq!

Böyük cərimə dalğası gəlir: Hemilton Bakıda yox, Meksikada geridən başlayacaq!
22.09.2026 11:33 İdman

“Ferrari” komandası 2026-cı il mövsümünün sonunadək Lyuis Hemiltonun bolidində beşinci güc qurğusunu quraşdırmağı və buna görə start torunda cərimə almağı planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə “Gpblog”  nəşri məlumat yayıb. 

İtaliya təmsilçisi riskləri azaltmaq üçün britaniyalı pilot ilə komanda yoldaşı Şarl Leklerin cərimələrini fərqli Qran-prilərə salmaq niyyətindədir.

Hemilton üçün beşinci mühərrikin tətbiqi ilə bağlı yekun qərar hələ verilməsə də, cərimə üçün ən ehtimallı məkanlar kimi Meksika və Braziliya Qran-priləri göstərilir. Əgər “Ferrari” dəyişikliyi daha tez etmək istəsə, Ostin (ABŞ) mərhələsi də alternativlər sırasındadır.

Şarl Lekler isə İtaliya Qran-prisindəki qəzasından sonra artıq Azərbaycan Qran-prisində yeni mühərriklə çıxış edə bilər. Bakı treki ötürmə imkanlarının çoxluğuna görə cəriməni ödəyib geridən irəliləmək üçün əlverişli sayılır. Beşinci mühərrik quraşdırıldıqdan sonra komanda mövsümün sonuna qədər "ADUO 2" spesifikasiyalı iki aqreqatı növbəli şəkildə istifadə etməyi planlaşdırır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər