FHN: Bakı Konqres Mərkəzində yanğın olmayıb - YENİLƏNDİ - VİDEO
Bakı Konqres Mərkəzində heç bir yanğın hadisəsi qeydə alınmayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hazırda FHN qüvvələri Bakı Konqres Mərkəzində keçirilən beynəlxalq tədbir ilə əlaqədar əraziyə cəlb olunub.
"Mətbəx sahəsində havalandırma sistemi işə düşüb. Vəziyyət tam nəzarət altındadır və narahatlıq üçün heç bir əsas yoxdur", - məlumatda qeyd olunub.
Qeyd edək ki, sosial mediada Bakı Konqres Mərkəzində tüstülənmə olduğuna dair görüntülər paylaşılıb.
***
10:02
Bakı Konqres Mərkəzində tüstülənmə baş verib.
TodayPress TV xəbər verir ki, əraziyə FHN qüvvələri cəlb olunub.