XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımırıq

XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımırıq
22.09.2026 18:25 Xarici siyasət

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"nə dair bəyanat yayıb.

TodayPress TV XİN-ə istinadən məlumat verir ki, bəyanatda Azərbaycanın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi bir daha təsdiqlənib.

"Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımırıq", - deyə bəyanatda vurğulanıb.

Xatırladaq ki, Cənubi Osetiyada qondarma "prezident seçkiləri" 18 sentyabr 2026-cı ildə keçirilib.

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər