Ayxan Abbasov: "Həm yaxşı oynamaq, həm də qalib gəlmək istəyirik"

Ayxan Abbasov: "Həm yaxşı oynamaq, həm də qalib gəlmək istəyirik"
22.09.2026 23:05 İdman

Azərbaycan millisi Tacikistanla oyunda qələbə qazanmaq istəyir.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Tacikistan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

"Bizi qarşıdan 4 oyun gözləyir. Millətlər Liqasından öncə Tacikistanla yoldaşlıq görüşü keçirəcəyik. Milli səviyyəsində ilk dəfədir ki, belə qısa müddətdə ardıcıl 4 oyun oynayırıq. Ona görə də heyəti geniş çağırmışıq. Rəqibimiz 2026-cı ildə hələ məğlub olmayıb. Bəzi futbolçularımız komandaya gec qoşulub. 4-5 futbolçumuz ilk məşqinə çıxacaq. Anton Krivotsyuk və Cəlal Hüseynov demək olar ki, məşqlərdə iştirak etməyiblər. Buna baxmayaraq, ümumi planımız var. Təkcə bu oyuna yox, qarşıdakı 4 görüşə hazırlaşırıq. Rotasiyalı heyətlər olacaq. Yeni gələn futbolçuların da milli komandanı hiss etməsini istəyirik. Sabah həm yaxşı oynayıb, həm də azarkeşlərimizin dəstəyi ilə qalib gəlmək istəyirik", - deyə baş məşqçi vurğulayıb.

Həmçinin Azərbaycan millisinin futbolçusu Rəhman Daşdəmirov da matça ciddi hazırlaşdıqlarını bildirib:

“Sabah Millətlər Liqası öncəsi son yoldaşlıq görüşümüzdür. Rəqibi analiz etmişik. Yaxşı komandadır. Nə istədiyini bilən komandadır. Biz özümüzə inanırıq. Ayxan müəllimin tapşırıqları var. Qələbə qazanmaq və xalqımızı sevindirmək istəyirik”.

Qeyd edək ki, Azərbaycan - Tacikistan matçı sentyabrın 23-də, saat 20:00-da 8-ci km qəsəbə stadionunda start götürəcək.

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər