Prezidentdən dağ-mədən sənayesi ilə bağlı tapşırıq - VİDEO

Prezidentdən dağ-mədən sənayesi ilə bağlı tapşırıq - VİDEO
22.09.2026 22:05 Daxili siyasət

Prezident İlham Əliyevin sosial media hesablarında "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədəki çıxışından bir hissənin videosu paylaşılıb.

TodayPress TV xəbər verir ki, Prezident bu videoda Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədini xatırladıb.

"Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır. Çünki "Daşkəsən" filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi.

Burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır. Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır", - dövlət başçısı vurğulayıb.


XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər