Vaşinqton Qrenlandiyada “Qızıl günbəz” qurur – Sazişin DETALLARI
ABŞ, Danimarka və Qrenlandiya arasında imzalanan yeni saziş Vaşinqtona adada “Qızıl günbəz” (“Golden Dome”) raketdən müdafiə sisteminin elementlərini yerləşdirmək imkanı verir.
TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunan sazişin mətnində qeyd olunub.
Sənədə əsasən, tərəflər ABŞ-yə Şimali Atlantika Müqaviləsi zonasının, Qrenlandiyanın və Amerika qitəsinin müdafiəsi məqsədilə adanın ərazisindən hərbi istifadə üçün çıxış imkanının yaradılması barədə razılığa gəliblər. Bu çərçivədə Qrenlandiyada “Qızıl günbəz” raketdən müdafiə sisteminin yaradılması da nəzərdə tutulur.
Saziş Danimarka Krallığı və Qrenlandiyanın zəruri parlament prosedurlarını başa çatdırdığı barədə ABŞ-yə diplomatik nota göndərildiyi gündən qüvvəyə minəcək.
Sənəddə həmçinin qeyd olunur ki, sazişin qüvvədə olma müddəti müəyyən edilməyib və yalnız 1951-ci il Müdafiə Sazişinin XIII maddəsinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı əsasında dəyişdirilə bilər.
Aysel Mətləb