Zelenski Putinin “pultunu” Si Cinpində axtarır
Ukrayna Prezidenti Volodimir Zelenski Çin lideri Si Cinpinin Rusiya Prezidenti Vladimir Putinə təsir imkanına malik olduğunu bildirib.
TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.
Zelenski qeyd edib ki, sabah ABŞ və Çin liderlərinin görüşü gözlənilir və tərəflər Ukraynadakı müharibəni də müzakirə edə bilərlər.
“Əgər hamımız bu müharibəni başa çatdırmaq istəyiriksə, 24/7 işləməliyik. Çox sayda insan əziyyət çəkir. Bu, dəhşətli müharibədir”, – deyə Zelenski vurğulayıb.
Kübra Musayeva