Tramp Putinlə yeni görüşü təsdiqlədi, amma...
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yaxın vaxtlarda yeni üzbəüz görüş keçirə biləcəklərini istisna etməyib, lakin görüşün G20 sammiti çərçivəsində baş tutacağına əmin olmadığını bildirib.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü öncəsi jurnalistlərin suallarını cavablandırarkən deyib.
Jurnalistlər ABŞ və Rusiya liderlərinin, həmçinin Zelenskinin iştirakı ilə üçtərəfli görüşün G20 sammitində keçirilməsi ehtimalını soruşublar:
“Bilmirəm. Onunla görüşəcəyimi bilirəm. Biz artıq Alyaskada görüşmüşük. Düşünürəm ki, o, daha bir görüşə də hazır olardı. Amma bunun Mayamidə keçiriləcəyinə əmin deyiləm”.
Xatırladaq ki, G20 sammiti dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığındakı Doral qəsəbəsində keçiriləcək.
Aysel Mətləb