Mundiala buraxılmayan hakim UEFA-dan böyük dəstək aldı!

Mundiala buraxılmayan hakim UEFA-dan böyük dəstək aldı!
11.06.2026 17:56 UEFA

2026-cı il dünya çempionatında işləməsinə icazə verilməyən somalili hakim Omar Abdulkadir Artan yeni təyinat alıb.

TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 

Afrikanın tanınmış referilərindən olan Artan avqustun 12-də keçiriləcək UEFA Superkuboku uğrunda oyunu idarə edəcək. Qarşılaşmada PSJ ilə “Aston Villa” üz-üzə gələcək.

Xatırladaq ki, daha əvvəl Omar Artanın ABŞ-yə girişinə icazə verilməmişdi. Hakim deportasiya olunmazdan əvvəl 11 saat davam edən immiqrasiya müsahibəsindən keçmişdi. Onun dünya çempionatına buraxılmaması geniş müzakirələrə səbəb olmuşdu.

Məsələ ilə bağlı açıqlama verən Ağ Evin nümayəndəsi bu qərarın qəbul olunması üçün “ciddi əsasların” mövcud olduğunu bildirmişdi. Canni Infantino isə yaranmış mübahisələr fonunda azarkeşləri “sakitləşməyə və rahat olmağa” çağırmışdı.

UEFA prezidenti Aleksander Çeferin somalili hakimin yüksək səviyyəli beynəlxalq təcrübəyə malik olduğunu vurğulayıb.

“Omar Artan gənc olmasına baxmayaraq, artıq böyük təcrübə qazanmış hakimdir. O, Afrika Futbol Konfederasiyasının turnirlərində özünü ən yüksək səviyyədə sübut edib. Futbol insanları birləşdirmək üçündür və UEFA bu nüfuzlu təyinatla həm ona, həm də hakimlik bacarıqlarına hörmətini nümayiş etdirmək istəyir”, – deyə Çeferin bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər