“KuPS” - “Sabah” görüşünün hakim təyinatları müəyyənləşdi
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “KuPS” - “Sabah” görüşünün hakim təyinatları məlum olub.
TodayPress TV xəbər verir ki, qarşılaşmanı İsraildən olan Qal Leybovits idarə edəcək.
Ona həmyerliləri Roy Hassan və Yossi Babayoff kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Dekel Zino yerinə yetirəcək.
Qeyd edək ki, “KuPS” - “Sabah” cavab görüşü iyulun 28-də Finlandiyanın Kuopio şəhərində keçiriləcək. İlk oyunda Azərbaycan çempionu 1:0 hesabı ilə qalib gəlib.
Namiq HUN