“Neftçi”nin taleyini idarə edəcək hakim açıqlandı
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Dinamo” (Minsk) - “Neftçi” görüşünün hakim təyinatları məlum olub.
TodayPress TV xəbər verir ki, qarşılaşmanı Şimali İrlandiyadan olan Tim Marşall idarə edəcək.
Ona həmyerliləri Qiorqis Arqiropulos və Rayan Kelsi kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Şeyn Makqoniql yerinə yetirəcək.
Qeyd edək ki, “Dinamo” - “Neftçi” cavab görüşü iyulun 30-da Bolqarıstanın Beroe şəhərində keçiriləcək. İlk oyunda Belarus təmsilçisi 4:2 hesabı ilə qalib gəlib.
Namiq HUN