Yerli model xarici bazara çıxır : Hədəf bu ölkələrdir…

Yerli model xarici bazara çıxır : Hədəf bu ölkələrdir…
09.09.2026 11:13 İKT

SİMA platformasının xarici bazarlara çıxış potensialı barədə məlumat verilib.

TodayPress TV xəbər verir ki, bu barədə “Qələmdən süni intellektə” adlı media nümayəndələri ilə praktiki görüşdə SİMA-nın Məhsul və Xidmətlər Şöbəsinin müdiri Tamerlan Məşədihəsənli danışıb.

O bildirib ki, SİMA-nın xarici bazarlara çıxışı istiqamətində işlər aparılır. Hazırda Afrika ölkələrində pilot rejimdə fəaliyyət göstərən layihələr mövcuddur:

“İlkin hədəfimiz Afrika ölkələridir. Hazırda məhsulun təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir və məsləhətləşmələr aparılır. Bunlar bitəndən sonra ölkə və tərəfdaşların adı açıqlanacaq”, – deyə o qeyd edib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər