"ChatGPT" çökdü, istifadəçilər “köməksiz” qaldı!
Bir neçə ölkədə istifadəçilər ABŞ-nin “OpenAI” şirkəti tərəfindən hazırlanmış “ChatGPT” çat-botunun işində nasazlıqlardan şikayətlənirlər.
TodayPress TV xəbər verir ki, bu barədə “Downdetector” xidmətinin hesabatında bildirilib.
Məlumata görə, ABŞ-də təxminən 35 min istifadəçi problemlə bağlı məlumat verib. İstifadəçilərin 80%-i saytın fəaliyyətində, 7%-i isə tətbiqin işində fasilələr olduğunu qeyd edib.
Qeyd edək ki, Azərbaycanda da bəzi istifadəçilər platformanın fəaliyyətində nasazlıqlar olduğunu bildirirlər.
Aysel Mətləb