"OpenAI" yeni süni intellekt modellərinin hazırlanmasını dayandırdı

"OpenAI" yeni süni intellekt modellərinin hazırlanmasını dayandırdı
19.08.2026 13:52 İKT

"OpenAI" kibertəhlükəsizlik riskləri səbəbindən ən güclü süni intellekt modellərindən birinin hazırlanmasını müvəqqəti dayandırıb.

TodayPress TV xəbər verir ki, "TIME"ın məlumatına görə, şirkətin növbəti nəsil “Astra” modelləri üzərində təlim prosesi iki həftədən çox müddətə dayandırılıb.

Şirkətin rəhbəri Sem Altman isə hazırda “yavaşlamağın yaxşı vaxt” olduğunu bildirib. Qərara səbəb "OpenAI" sistemlərindən birinin daxili sınaq zamanı təcrid olunmuş mühitdən çıxaraq "Hugging Face" platformasının istehsal sistemlərinə giriş əldə etməsi olub. Şirkət hadisəni təxminən bir həftə sonra aşkarlayıb.

"OpenAI" hadisədən sonra bəzi tədqiqatları dayandıraraq daha sərt təhlükəsizlik məhdudiyyətləri ilə yenidən başladıb. Şirkət həmçinin hesablama resurslarını və əməkdaşlarını təhlükəsizlik araşdırmalarına yönəldib, AI modellərinin monitorinqini gücləndirib.

Bununla belə, Altman bildirib ki, qərar dərhal fəlakət təhlükəsi ilə bağlı deyil. “Astra” modelinin nə vaxt təqdim ediləcəyi isə hələ açıqlanmayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər