Futbolçuluqdan məşqçiliyə: İraola və Simeone yenidən üz-üzə!

Futbolçuluqdan məşqçiliyə: İraola və Simeone yenidən üz-üzə!
09.09.2026 09:58 İdman

“Liverpul”un baş məşqçisi Andoni İraola UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Madrid “Atletiko”suna qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı mütəxəssis bu matçın onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Düşünürəm ki, bu, mənim üçün xüsusi bir gecədir. Hər kəs “Enfild”dəki məşhur Çempionlar Liqası gecələrindən danışır və ilk matçda güclü rəqiblə – “Atletiko” ilə qarşılaşacağıq. Simeone baş məşqçi kimi inanılmaz bir iş görür. Bütün bu illər ərzində hər mövsüm qarşıya qoyulan məqsədlərə çatması həqiqətən təsiredicidir. Bu, bizim üçün ciddi bir sınaqdır.

Mən hələ o, futbolçu olarkən ona qarşı oynamışam. Sonra o, məşqçi olanda onun komandalarına qarşı matçlara çıxdım və daha sonra özüm məşqçi kimi onunla üz-üzə gəldim. Aramızda zəngin bir qarşıdurma tarixi var. Şübhəsiz ki, onun belə oyunlarda məndən çox təcrübəsi var. Lakin ümid edirəm ki, ona layiqincə müqavimət göstərə biləcəyik”, – deyə İraola bildirib. 

Qeyd edək ki, “Enfild” stadionunda keçiriləcək “Liverpul” – “Atletiko Madrid” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər