ÇL öncəsi gərginlik: “Neftçi” “Qarabağ”a güzəştə getmədi
UEFA
04.02.2026 12:42
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl Yunayted” klubuna qarşı keçiriləcək səfər oyunu öncəsi hazırlıq prosesini optimal şəkildə qurmaq üçün Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan çempionu Premyer Liqanın XXI turunda “Neftçi” ilə keçirilməsi planlaşdırılan matçın təxirə salınmasını xahiş edib.
Məsələ ilə bağlı PFL qarşı tərəfin razılığını almaq üçün “Neftçi” klubuna müraciət etsə də, “ağ-qaralar” bu təklifə müsbət cavab verməyib və oyunun əvvəlcədən müəyyən olunmuş tarixdə keçirilməsində israr edib.
Beləliklə, “Neftçi” – “Qarabağ” qarşılaşması 21 fevral tarixində, saat 19:00-da baş tutacaq.
“Ağdam təmsilçisi”nin UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl Yunayted”ə qarşı səfər matçı isə Bakı vaxtı ilə 25 fevral saat 00:00-da başlayacaq.
Namiq HUN
tag: Qarabağ, Neftçi,UEFA,ÇL,Todaypress.tv,
