İstidə təkcə bədən yox, dişlər də susuz qalır

İstidə təkcə bədən yox, dişlər də susuz qalır
05.08.2026 16:33 Sağlamlıq

İsti havalarda yaranan ağız quruluğunun diş və diş ətlərinin sağlamlığı üçün ciddi risk yaratdığını bildirilir. 

TodayPress TV xəbər verir ki, bunu Stomatoloq Nataliya Yefimova bildirib.

Mütəxəssisin sözlərinə görə, isti havada orqanizm su itirdiyi üçün beyin tüpürcək vəzilərinə fəaliyyətini azaltmaq siqnalı verir. Bu, bədənin həyati vacib orqanlar üçün su ehtiyatını qorumaq məqsədi daşıyan təbii müdafiə mexanizmidir. 

O, qeyd edib ki, tüpürcəyin 99 faizi sudan ibarətdir və o, ağız boşluğunu bakteriya və turşuların zərərli təsirindən qoruyan əsas vasitələrdən biridir. Tüpürcəyin azalması nəticəsində dişlər və diş ətləri daha həssas olur, ağız boşluğunun təbii müdafiə sistemi zəifləyir.

Stomatoloq vurğulayıb ki, ağız quruluğu diş minasının zədələnməsini sürətləndirə, kariyesin və digər ağız-diş problemlərinin yaranma riskini artıra bilər. Buna görə də xüsusilə isti günlərdə kifayət qədər su qəbul etmək və ağız gigiyenasına diqqət yetirmək tövsiyə olunur. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər