Yaş artdıqca niyə qida zövqümüz dəyişir?

Yaş artdıqca niyə qida zövqümüz dəyişir?
05.08.2026 16:21 Maraqlı

İnsanların qida seçimlərinin zamanla dəyişməsi həm fizioloji, həm də psixoloji amillərlə bağlıdır.

TodayPress TV xəbər verir ki, bu barədə qastroenteroloqlar araşdırma ediblər.

Məlumata görə, dad hissinə ən çox təsir edən amillərdən biri qoxubilmə qabiliyyətidir. Qoxu hissi zəiflədikdə, qidaların dadı da əvvəlki kimi hiss olunmur.

Yaş artdıqca maddələr mübadiləsi, selikli qişaların vəziyyəti və həzm sisteminin fəaliyyəti dəyişir. Ağız quruluğu, diş və diş əti xəstəlikləri, eləcə də burun tutulması dad hissinin zəifləməsinə səbəb ola bilər.

Bəzi dərmanlar da dad duyğusuna təsir göstərərək ağızda metal dadı yarada və ya dad hissini azalda bilər. Bundan başqa, beyin qidaları emosiyalarla əlaqələndirdiyi üçün zaman keçdikcə əvvəllər sevilən yeməklər cazibəsini itirə, yeni qidalar isə daha çox bəyənilə bilər.

Dad hissinin qəfil itməsi və ya ciddi şəkildə dəyişməsi bəzi xəstəliklərin əlaməti ola bilər. Belə hallarda həkimə müraciət etmək tövsiyə olunur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər