“Hall Siti”dən səs-küylü transfer: “Olimpiakos”un qapıçısı İngiltərəyə yollandı

“Hall Siti”dən səs-küylü transfer: “Olimpiakos”un qapıçısı İngiltərəyə yollandı
05.08.2026 16:11 İdman

“Hall Siti” klub tarixinin ən bahalı transferi ilə qapıçı Konstantinos Tsolakisi heyətinə qatıb.

TodayPress TV xəbər verir ki, İngiltərənin “Hall Siti” klubu Yunanıstanın “Olimpiakos” komandasının qapıçısı Konstantinos Tsolakisin transfer olunduğunu rəsmən açıqlayıb.

23 yaşlı qolkiperlə 2031-ci ilin yayına qədər nəzərdə tutulan beşillik müqavilə imzalanıb. Transferin maliyyə detalları açıqlanmasa da, klub bu keçidin tarixindəki ən bahalı transfer olduğunu bildirib.

Yunanıstan millisində doqquz oyun keçirən Tsolakis 2020-ci ilin martında “Olimpiakos”un əsas komandasında debüt edib. O, bu klubun heyətində keçirdiyi 131 oyunun 64-də qapısını toxunulmaz saxlayıb.

Qolkiper “Olimpiakos”la dörd dəfə Yunanıstan Super Liqasının çempionu olub. O, həmçinin ölkə kubokunu, Superkuboku və 2023/2024-cü illər mövsümündə UEFA Konfrans Liqasını qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər