Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
Sentyabr ayı ərzində 13 klinika barədə inzibati
tənbeh tədbiri seçilərək, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsaslanan
protokollar tərtib edilib.
Səhiyyə Nazirliyinin Analitik
Ekspertiza Mərkəzindən TodayPress TV-yə bildirilib ki,
2 ümumi cərrahın ixtisasına uyğun olmayan plastik cərrahiyyə sahəsində fəaliyyət
göstərməsi faktı aşkar edilib.
Qeyd olunub ki, bu faktlarla bağlı
İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 2 protokol tərtib edilib və
müvafiq icraata göndərilib.
Ümilikdə, stomatoloji fəaliyyətlə
bağlı cari ilin sentyabr ayı ərzində 7 protokol tərtib edilib. Onlardan 5-i
İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə, 2-i isə 215.1-ci maddəsi ilə
tərtib edilib.
Bildirilib ki, tibbi və estetik xidmətlər sahəsində qanun pozuntularının aşkarlanması və aradan qaldırılması istiqamətində nəzarət tədbirləri davam etdirilir. AEM vətəndaşların müraciətlərini müəyyən edilmiş qaydada obyektiv və operativ şəkildə araşdırır, aşkar edilmiş qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görür.