Bakıda medal həyəcanı: Gültac fəxri kürsüyə qalxa biləcəkmi?

Bakıda medal həyəcanı: Gültac fəxri kürsüyə qalxa biləcəkmi?
05.10.2026 14:21 İdman

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan idmançısı Gültac Məmmədəliyevanın növbəti qarşılaşması baş tutub.

TodayPress TV xəbər verir ki, 52 kq çəki dərəcəsində yarışan təmsilçimiz yarımfinala gedən yolda İtaliya cüdoçusu Odette Qiuffrida ilə üz-üzə gəlib və rəqibinə məğlub olub.

Məğlubiyyətə baxmayaraq, Məmmədəliyeva çempionatda medal qazanmaq şansını davam etdirir. Azərbaycan cüdoçusu təsəlliverici görüşdə qələbə qazanacağı təqdirdə, mundialın bürünc medalı uğrunda mübarizə aparmaq hüququ əldə edəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər