Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır
05.10.2026 15:22 Gündəm

Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin Tiflisdəki büstünün zədələnməsi ilə bağlı Ermənistan vətəndaşı İ.A.-nın işinə dair ilk məhkəmə iclası noyabrın 12-nə təyin edilib.

TodayPress TV "Axar.az"a istinadən xəbər verir ki, bu barədə saxlanılan şəxsin vəkili Teona Peradze deyib.

Qeyd edək ki, 40 yaşlı İ.A. sentyabrın sonlarından etibarən 8 saylı penitensiar müəssisədə saxlanılır. Ona Gürcüstan Cinayət Məcəlləsinin əmlakın zədələnməsinə görə məsuliyyət nəzərdə tutan 187-ci maddəsi ilə ittiham irəli sürülüb. Onu beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

TodayPress TV

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər