“Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır

“Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır
05.08.2026 16:45 İdman

“Uilyams” komandasının pilotu Aleks Albon Azərbaycan Qran-prisinə hazırlanacaq yeniliklərin komandanın bütün problemlərini aradan qaldıracağına inanmadığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Motorsport” nəşri məlumat yayıb. 

Tailandəsilli britaniyalı sürücünün sözlərinə görə, komanda bolidin zəif cəhətlərini yaxşı bilir və onların aradan qaldırılması istiqamətində genişmiqyaslı iş aparılır.

“Maşınımızın zəif tərəflərini bilirik və hansı istiqamətdə inkişaf etməli olduğumuzu anlayırıq. Komanda bazasında indiyədək gördüyüm ən böyük işlər görülür. Məqsəd uzun illərdir bizi narahat edən fundamental problemləri aradan qaldırmaqdır. Düşünürəm ki, doğru yoldayıq”, – deyə Albon bildirib.

Pilot qeyd edib ki, Bakı mərhələsi üçün hazırlanacaq yeniləmələr bütün çətinlikləri birdəfəlik həll etməyəcək. Bu paket üzərində iş çox əvvəl başa çatdırılıb və komandanın əsas diqqəti artıq gələn mövsüm üçün hazırlanacaq yeni bolidə yönəlib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər