Uzun fasilə bitdi: Mudrik yenidən yaşıl meydanda!

Uzun fasilə bitdi: Mudrik yenidən yaşıl meydanda!
05.08.2026 17:50 İdman

Ukraynalı yarımmüdafiəçi Mixail Mudrik dopinq səbəbindən aldığı cəzadan sonra ilk dəfə “Çelsi” forması ilə meydana çıxıb.

TodayPress TV xəbər verir ki, 25 yaşlı futbolçu İtaliyanın “Yuventus” klubuna qarşı keçirilən yoldaşlıq oyununda 82-ci dəqiqədə əvəzetmədən oyuna daxil olub. 

Qarşılaşma Turin təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 68-ci dəqiqədə Edon Jeqrova vurub.

Xatırladaq ki, Mudrik 2024-cü ildə dopinq analizində meldonium aşkarlanmasına görə müvəqqəti olaraq yarışlardan kənarlaşdırılmışdı. Daha sonra İngiltərə Futbol Assosiasiyası (FA) ona qarşı rəsmi ittiham irəli sürmüş və futbolçu dörd il müddətinə diskvalifikasiya edilmişdi.

Lakin 31 iyul 2026-cı ildə FA intizam araşdırmasının başa çatdığını açıqlayaraq Mudrikin diskvalifikasiyasını ləğv edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər