Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi

Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi
05.08.2026 16:12 Dünya

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nauru Respublikasının qondarma Abxaziya və Cənubi Osetiya ilə diplomatik münasibətləri dayandırmasını beynəlxalq hüquqa hörmətin nümunəsi kimi qiymətləndirib.

TodayPress TV xəbər verir ki, baş nazir hökumətin iclasında bildirib ki, iyulun 21-də qəbul edilən qərar beynəlxalq hüquq normalarının qorunmasının sağlam beynəlxalq münasibətlərin əsasını təşkil etdiyini bir daha təsdiqləyir.

Kobaxidze qeyd edib ki, Tbilisi Nauru ilə diplomatik münasibətlər qurmağa və iki ölkə arasında əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

O, həmçinin qondarma rejimlərin tanınmaması siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlərə görə xarici işlər naziri Maka Boçorişviliyə və bu prosesdə iştirak edən diplomatik korpusun nümayəndələrinə təşəkkürünü bildirib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər