Ukrayna Rus dronlarının yaradıcısını hədəf taxtasına qoydu - GÖRÜNTÜLƏR
Rusiyada "Upır" FPV dronlarının istehsal rəhbəri Vladimir Tkaçukun avtomobili partladılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya KİV-lərinin məlumatına görə, Tkaçukun "Mercedes" markalı avtomobili Sverdlovsk vilayətində partlayıb.
Məlumata əsasən, o, partlayışdan sağ çıxıb, lakin ağır xəsarətlər alaraq reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin başvermə şəraiti araşdırılır.