Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi!

Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi!
05.08.2026 12:37 İdman

Məhəmməd Salah “Trabzonspor”la müqavilə imzalamaq üçün Türkiyəyə gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti sosial şəbəkə hesabında məlumat yayıb.

Bundan əvvəl 34 yaşlı futbolçunun “Trabzonspor” ilə iki illik müqavilə şərtlərini razılaşdırdığı bildirilmişdi.

Qeyd edək ki, misirli hücumçu bu yay “Liverpul” klubundan ayrılıb. O, Mersisayd təmsilçisinin heyətində iki dəfə İngiltərə çempionu (2019/2020, 2024/2025), UEFA Çempionlar Liqasının (2018/2019) və klublararası dünya çempionatının (2019) qalibi olub. O, həmçinin İngiltərə Kubokunu (2021/2022), İngiltərə Liqa Kubokunu (2021/2022, 2023/2024), İngiltərə Superkubokunu (2022) və UEFA Superkubokunu (2019) qazanıb.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi! — 1
XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər