Yayda balıq tutanlara xəbərdarlıq - Qadağaları pozanları nə gözləyir?

Yayda balıq tutanlara xəbərdarlıq - Qadağaları pozanları nə gözləyir?
05.08.2026 15:24 Cəmiyyət

El arasında geniş yayılmış bir deyim var: adında “r” hərfi olmayan aylarda – yəni may, iyun, iyul və avqustda – balıq tutmaq və yemək olmaz. Səbəb kimi isə balıqların bu dövrdə kürü tökdüyü göstərilir. Lakin dəniz kənarında, çaylarda və kanallarda hələ də ov alətləri ilə gəzən insanlara rast gəlinir. 

Bəs bu dövrdə balıq tutmaq düzgündürmü?

Bu fikir əsasən Avropa xalq mədəniyyətindən gəlir. Əvvəllər, xüsusən isti yay aylarında soyuducu texnologiyası olmadığı üçün dəniz məhsulları tez xarab olurdu. Eyni zamanda bəzi növlər yayda kürü tökür və əti keyfiyyətsiz olurdu. 

Ancaq bu fikrin elmi açıqlaması yoxdur, çünki bütün balıq növləri eyni vaxtda kürü tökmür. Bəzi növlər yazda, bəziləri yayda, digərləri isə payızda çoxalır. Bundan əlavə, müasir soyuducu imkanları sayəsində təzə və düzgün saxlanılmış balığın yayda istehlakı sağlamlıq baxımından problem yaratmır.

Ölkəmizdə balıq ehtiyatlarının qorunması məqsədilə rəsmi qaydalar mövcuddur. Nazirlər Kabinetinin təsdiq etdiyi “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, kürü tökülmə dövrü ilə əlaqədar hər il müəyyən müddətə ov qadağası tətbiq olunur. 

Xəzər dənizində sənaye və həvəskar balıq ovu adətən 1 maydan 1 sentyabra qədər məhdudlaşdırılır. Daxili su hövzələrində – Kür çayı, Mingəçevir, Şəmkir, Araz və digər su anbarlarında isə bu müddət aprelin 1-dən sentyabrın 1-dək davam edir. Nərə balıqlarının ovu isə ümumiyyətlə ciddi şəkildə məhdudlaşdırılıb və kommersiya məqsədilə qadağandır. Bu qadağalar balıq populyasiyasının bərpası və ekoloji tarazlığın qorunması üçün vacibdir. Kürü tökən dövrdə ov balıqların gələcək nəslinə birbaşa zərbə vurur.

Bir çox həvəskar balıqçı qadağa müddətlərindən xəbərsizdir və ya onları ciddi qəbul etmir. Bəziləri isə yalnız müəyyən növləri və ya icazə verilən alətlərlə ovladıqlarını düşünür. Nəticədə həm qanunsuz ov halları baş verir, həm də ehtiyatlar zərər görür.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər