Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi

Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi
05.08.2026 17:33 İdman

“Red Bull” komandasının pilotu, dördqat dünya çempionu Maks Ferstappen komanda rəhbəri Loran Mekislə bir illik əməkdaşlıqdan sonra münasibətlərini yüksək qiymətləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb. 

Niderlandlı pilot bildirib ki, Mekislə əlaqələri ilk gündən uğurlu alınıb və uyğunlaşma dövrünə ehtiyac olmayıb.

“İlk gündən hər şey çox yaxşı gedir. Loranı əvvəldən tanıyırdım, buna görə də heç bir çətinlik yaşanmadı. Münasibətlərimiz əladır, tez-tez görüşür və daim fikir mübadiləsi aparırıq. Onunla işləməkdən həqiqətən zövq alıram. Komanda üçün göstərdiyi fədakarlığı və hər şeyi daha yaxşı etmək istəyini yüksək qiymətləndirirəm. Onunla işləmək mənə çox rahatdır”, – deyə Ferstappen bildirib.

Qeyd edək ki, Loran Mekis 2025-ci ilin yayında komandanın 2005-ci ildən rəhbəri olan Kristian Hornerin ayrılmasından sonra "Red Bull"un rəhbəri təyin edilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər