"Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ

"Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ
30.07.2026 22:58 UEFA

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” Belarus klubu “Dinamo”ya məğlub olaraq mübarizəni dayandırdı.

21:20

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) - "Neftçi" oyununda ilk qol vurulub.

TodayPress TV xəbər verir ki, Beroe şəhər stadionunda keçirililən qarşılaşmada Azərbaycan təmsilçisi hesabda irəli çıxıb - 1:0.

13-cü dəqiqədə Breno Almeyda fərqlənib.

20:59

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) - "Neftçi" oyunu başlayıb.

TodayPress TV xəbər verir ki, qarşılaşma Beroe şəhər stadionunda keçirilir.

Görüşü şimali irlandiyalı FIFA referisi Tim Marşal idarə edir.

Qeyd edək ki, komandalar arasında Bakıda baş tutan ilk görüşdə rəqib komanda 4:2 hesablı qələbə qazanıb.

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər