Yatmazdan əvvəl bunu edin - Oynaq ağrılarınız xeyli azalacaq
Həkimlər bildirirlər ki, gecələr oynaq ağrılarının artması qan dövranının yavaşıması, iltihabın güclənməsi və orqanizmdə hormonal dəyişikliklərlə əlaqəli ola bilər. Mütəxəssislərin sözlərinə görə, bəzi sadə vərdişlər ağrıları dərmansız da azaltmağa kömək edir.
TodayPress TV xəbər verir ki, onlar yatmazdan əvvəl yüngül dartınma hərəkətləri etməyi, düzgün yuxu mövqeyi seçməyi, ilıq duş qəbul etməyi və ya 10–15 dəqiqə isti kompresdən istifadə etməyi tövsiyə edirlər. Həmçinin dərin nəfəs məşqləri, gün ərzində müntəzəm fiziki aktivlik və orta sərtlikdə döşəkdən istifadə də oynaq ağrılarının azalmasına kömək edə bilər.
Mütəxəssislər vurğulayırlar ki, oynaq ağrıları uzun müddət davam edərsə, şişkinlik və ya qızartı ilə müşayiət olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.