Bu 10 vərdiş ömrünüzü qısaldır - Həkimlərdən ciddi xəbərdarlıq
Həkimlər bildirirlər ki, sağlam və uzun ömür sürmək təkcə genetikadan deyil, gündəlik həyat tərzindən də asılıdır. Mütəxəssislərin fikrincə, bəzi vərdişlər yaşlandıqca xroniki xəstəliklər, ürək-damar problemləri və yaddaş zəifləməsi riskini artırır.
TodayPress TV xəbər verir ki, onların sözlərinə görə, uzunömürlülüyə ən çox mane olan amillər profilaktik müayinələrdən yayınmaq, fiziki hərəkətsizlik, siqaret çəkmək, qeyri-sağlam qidalanmaq, kifayət qədər yatmamaq, uzunmüddətli stress, sosial təcrid, yaş artdıqca qəbul edilən dərmanların yenidən qiymətləndirilməməsi, gələcək sağlamlıq planının olmaması və maliyyə planlaşdırmasına laqeyd yanaşmaqdır.
Həkimlər sağlam qidalanma, müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu, stressin idarə olunması və vaxtaşırı tibbi müayinədən keçməyin sağlam qocalma və uzun ömür üçün əsas şərtlərdən biri olduğunu vurğulayırlar.