Zəngilanda 150-dən çox sakin tibbi müayinədən keçirildi

Zəngilanda 150-dən çox sakin tibbi müayinədən keçirildi
11.07.2025 13:00 Sağlamlıq

Azərbaycan Səhiyyə Nazirliyi iyulun 11-də Zəngilan rayonunda tibbi aksiya keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata əsasən, aksiyada Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun peşəkar həkim və fizioterapevtlərindən ibarət tibb heyəti iştirak edib. Onlar Zəngilan sakinlərini geniş profilli travmatoloji və ortopedik müayinələrdən keçirib, müxtəlif xəstəlik və zədələrin erkən diaqnostikası və müalicəsi üçün ilkin tibbi müdaxilələr həyata keçiriblər.

Tədbirin əsas məqsədi bölgədə yaşayan vətəndaşların sağlamlıq durumunun qiymətləndirilməsi, travmatik və ortopedik patologiyaların vaxtında aşkarlanaraq, uyğun müalicə və reabilitasiya tədbirlərinin təmin edilməsidir. Aksiya çərçivəsində onurğa, dayaq-hərəkət sistemi, sinir sistemi və digər travmatoloji problemlərin diaqnostikası aparılıb, posttravmatik reabilitasiya imkanları müzakirə olunub.

Səhhətində problem aşkarlanan şəxslərə peşəkar tibbi məsləhətlər verilib, lazımi hallarda dərhal müalicəyə başlanılıb. Mütəxəssislər vətəndaşlara sağlamlıqlarını qorumaq və bərpa etmək üçün fərdi tövsiyələr də təqdim ediblər.

Aksiya zamanı 150 nəfərdən çox sakin tibbi müayinədən keçirilib.

FOTOLAR

Zəngilanda 150-dən çox sakin tibbi müayinədən keçirildi — 1
Zəngilanda 150-dən çox sakin tibbi müayinədən keçirildi — 2
Zəngilanda 150-dən çox sakin tibbi müayinədən keçirildi — 3
Zəngilanda 150-dən çox sakin tibbi müayinədən keçirildi — 4
Zəngilanda 150-dən çox sakin tibbi müayinədən keçirildi — 5
Zəngilanda 150-dən çox sakin tibbi müayinədən keçirildi — 6
Zəngilanda 150-dən çox sakin tibbi müayinədən keçirildi — 7
Zəngilanda 150-dən çox sakin tibbi müayinədən keçirildi — 8
XƏBƏR LENTİ
03 IYUN 2026
Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Küveyt İranın iki diplomatını ölkədən QOVDU 18:34 "Ermənistan seçim etməlidir" - Moskva İrəvanın qərarını gözləyir 18:26 Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək 18:07 Avropanın nəhəngləri Vlahoviç uğrunda yarışa qoşuldu 17:47 Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 17:44 Gizlətmək mümkün olmadı: Küveyt hərbi bazasındakı dəhşətli dağıntı təsdiqləndi 17:39 Körfəzdə raket yağışı: 13 ballistik raket və 17 PUA 17:33 Tom Barak: Türkiyədən Yaxın Şərqə Uzanan Bir Güc Mərkəzi 17:25 Bütün Xəbərlər