Yayın görünməyən təhlükəsi: Bəzi qidalar sizi zəhərləyə bilər

Yayın görünməyən təhlükəsi: Bəzi qidalar sizi zəhərləyə bilər
25.05.2026 05:00 Sağlamlıq

"İsti aylarda qida zəhərlənmələri və bağırsaq infeksiyalarına yoluxma təhlükəsi əhəmiyyətli dərəcədə artır".

TodayPress TV xəbər verir ki, bunu RT-yə rusiyalı diyetoloq Anastasiya Lebedeva deyib.

"Bu halın əsas səbəbi qidaların keyfiyyətinin aşağı düşməsi deyil, yüksək hərarət, saxlama qaydalarının pozulması və gigiyena tələblərinə riayət edilməməsidir.

Yay fəslində virus və bakteriyaların çoxalma sürəti artır. Nəticədə qışda tam təhlükəsiz olan qidalar isti havada çox tez xarab olur. Süd məhsulları, dəniz məhsulları, ət, kremli şirniyyatlar, salatlar və souslu yeməklər tez xarab olan və riskli məhsullar hesab edilir.

İnsanlar evdən kənarda daha çox qidalanır, çimərliklərdə, bazarlarda və küçə köşklərində yemək alır, fərqli təamlardan dadır və məhsulların saxlanma şəraitinə daha az diqqət yetirirlər. İqlim, su və qidalanma rejiminin dəyişməsi isə orqanizmə əlavə yük yaradır.

İnfeksiyaların mənbəyi çox vaxt məhz su olur. İçkilərə əlavə edilən buz, yaxşı yuyulmamış meyvə-tərəvəzlər və naməlum mənbələrdən götürülmüş sular ciddi təhlükə yarada bilər. Fərqli sanitariya şəraitinə malik ölkələrə səyahət edərkən xüsusilə diqqətli olmaq lazımdır.

İnsanlar istirahətdə olarkən gigiyena qaydalarına qarşı daha diqqətsiz davranırlar. Unutmaq olmaz ki, zərərli mikroorqanizmlər heç də həmişə yeməyin dadını və ya xarici görünüşünü dəyişdirmir", - deyə mütəxəssis bildirib.

Uşaqların orqanizmində susuzlaşma böyüklərlə müqayisədə daha tez baş verdiyi üçün ekspert uşaqlı ailələrə xüsusi ehtiyatlı olmağı tövsiyə edib. Profilaktik tədbir olaraq yalnız təmizliyinə əmin olduğunuz suyu içmək, əlləri tez-tez yumaq, şübhəli iaşə obyektlərindən uzaq durmaq və hazır yeməkləri soyuducudan kənarda saxlamamaq məsləhət görülür.

Mütəxəssis sonda əlavə edib ki, spirtli içkilərin qidanı dezinfeksiya etməsi ilə bağlı yayılmış fikirlər tamamilə yanlışdır:

"Üstəlik, isti günlərdə spirtli içkilər susuzlaşmanı daha da şiddətləndirə bilər. Şiddətli ürəkbulanma, qusma, yüksək hərarət və ya kəskin halsızlıq halları baş verərsə, dərhal həkimə müraciət etmək mütləqdir".

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 “Liverpul”un yeni seçimi bəlli oldu - İraola! 10:17 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 Bütün Xəbərlər