Xərçəngin yayılmasını “real vaxtda” izləməyin yolu tapıldı

Sağlamlıq

05.05.2026 19:45

Rusiyanın Moskva Fizika və Texnologiya İnstitutunun (MIPT) alimləri sarkoma adlı təhlükəli xərçəng növünün necə böyüdüyünü və yayıldığını daha asan izləməyə imkan verən yeni bir laboratoriya modeli hazırlayıblar.

TodayPress TV xəbər verir ki, bu model toyuq embrionundan götürülən xüsusi membran üzərində qurulub və alimlərə şişin canlı toxuma kimi necə davrandığını qısa müddətdə müşahidə etməyə şərait yaradır.

Tədqiqat zamanı xərçəng hüceyrələri xüsusi işarələrlə “parladılıb”, bu da onların real vaxtda izlənməsini mümkün edib. Alimlər beləliklə şişin böyüməsi və metastaz yayılmasını addım-addım görə biliblər.

Ən maraqlı nəticə isə odur ki, şişlərin böyüməsində əsas rol oynayan VEGFA adlı faktor bloklananda, xərçəngin inkişafı xeyli yavaşlayıb və yayılma azalıb.

Alimlərin sözlərinə görə, bu üsul gələcəkdə təkcə sarkomaların deyil, ağciyər və döş xərçəngi kimi digər xəstəliklərin dərmanlarının daha tez və effektiv yoxlanmasına kömək edə bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Xərçəng,Toyuq,Sarkoma,Laboratoriya,Todaypress.tv,