Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası...
Tatarıstanda ilkin səhiyyə xidmətində çalışan həkimlər üçün süni intellekt əsaslı köməkçi yaradılması planlaşdırılır.
TodayPress TV xəbər verir ki, bu barədə Kazan Dövlət Tibb Universitetinin rektor səlahiyyətlərini icra edən Ayrat Fərraxov “BİZNES Online” nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya Səhiyyə Nazirliyi, Tatarıstan hakimiyyəti və İnnopolis şəhərinin texnologiya mütəxəssisləri arasında müvafiq saziş imzalanıb.
Fərraxov bildirib ki, layihə çərçivəsində süni intellekt diaqnozun qoyulması, müalicə üsullarının seçilməsi və qərar qəbuletmə prosesinin sürətləndirilməsində həkimlərə kömək edəcək.
“İnnopolislə strateji sessiya keçirdik. Sessiyada Rusiyanın səhiyyə naziri Mixail Muraşko və Tatarıstan rəhbəri Rüstəm Minnixanov da iştirak edirdi. Biz ilkin səhiyyə xidmətində çalışan həkimlər üçün qərarların qəbulunu, diaqnostikanı və müalicəni sürətləndirəcək süni intellekt köməkçisi yaradırıq”, – deyə o bildirib.
Məlumata görə, layihə ilkin mərhələdə Tatarıstanın səhiyyə sistemində tətbiq olunacaq.
Daha sonra isə süni intellekt köməkçisinin Rusiyanın digər regionlarına satılması və layihənin genişləndirilməsi nəzərdə tutulur.
Qiymət Mahir