Yerdə maqnit qasırğası baş verəcək
Avqustun 19-u və 20-də Yer kürəsində orta gücdə maqnit qasırğası gözlənilir.
TodayPress TV xəbər verir ki, geomaqnit pozuntuları bir neçə gün davam edə bilər.
Bu hadisə günəşdə baş verən alovlanmalar və tac dəliyindən çıxan sürətli günəş küləkləri ilə bağlıdır. Günəş küləklərinin sürətində və planetlərarası mühitin digər parametrlərində artım müşahidə olunur.
Qeyd edək ki, maqnit qasırğaları bəzi insanlarda yorğunluq, baş ağrısı və yuxusuzluq kimi əlamətlərə səbəb ola bilər. Həmçinin rabitə və naviqasiya sistemlərində qısamüddətli nasazlıqlar mümkündür.
Türkan İsgəndərli