Təbiətin möcüzəsi: Yerin altında “inci xəzinəsi” tapıldı

Təbiətin möcüzəsi: Yerin altında “inci xəzinəsi” tapıldı
10.08.2026 02:47 Maraqlı

Vyetnamın Fonqnya-Kebanq Milli Parkında tədqiqatçılar nəhəng mağara aşkar ediblər. “Thang”, yəni “Qələbə mağarası” adlandırılan mağaranın içində çox sayda nadir mağara incisi tapılıb.

TodayPress TV xəbər verir ki, təxminən 70 metr enində olan mağaranın bəzi hissələrində bu göstərici 100 metri keçir. Buradakı stalaktit sütunlarının hündürlüyü isə 50 metrə çatır.

Alimləri ən çox təəccübləndirən isə hamar, ağ və demək olar ki, mükəmməl dairəvi formaya malik “mağara inciləri” olub. Bu təbii formasiyalar suyun tərkibindəki kalsitin qum dənəsi və ya digər kiçik nüvənin ətrafında lay-lay toplanması nəticəsində yaranır.

Tədqiqatçılar bildirirlər ki, belə yüksək sayda mağara incisinə bir yerdə nadir hallarda rast gəlinir. Onların dəqiq yaşı və kimyəvi tərkibi isə hələ müəyyən edilməyib.

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər