Süni intellektlə dərdləşmək təkliyin əlamətləridir?

Süni intellektlə dərdləşmək təkliyin əlamətləridir?
07.08.2025 19:00 Maraqlı

Son vaxtlar bir çox insan süni intellektlə söhbət edir, ona dərdini danışır və hətta qəzəbini ona yönəldir. 

TodayPress TV xəbər verir ki, mütəxəssislər bu vəziyyəti müasir dövrün "yeni təkliyi" kimi qiymətləndirirlər.

Bildirilir ki, insanlar əsl dost tapa bilməyəndə süni intellektə yönəlir. Bu cür rəqəmsal dostluqlar səthi olur və dərin əlaqələri əvəz edə bilmir.

Psixoloqlar qeyd edirlər ki, süni intellekt insanı mühakimə etmədiyi üçün bəzi insanlar üçün "təhlükəsiz ünsiyyət məkanı"dır. Amma bu, insanları real münasibətlərdən uzaqlaşdıra bilər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər