Süni intellekt “canlı” virus yaratdı: Alimlər TƏHLÜKƏDƏN narahatdır

Süni intellekt “canlı” virus yaratdı: Alimlər TƏHLÜKƏDƏN narahatdır
10.08.2026 03:35 Maraqlı

Alimlər süni intellektdən istifadə etməklə ilk dəfə yeni viruslar hazırlayıblar. Təcrübə zamanı yaradılan viruslardan bəzilərinin bakteriyaları yoluxduraraq çoxala bildiyi müəyyən edilib.

TodayPress TV xəbər verir ki, Stanford Universiteti və Arc İnstitutunun alimləri genetik ardıcıllıqlar əsasında öyrədilmiş “Evo” adlı süni intellekt modelindən istifadə ediblər. Model milyonlarla canlı və virusun genetik məlumatlarını analiz edib.

Tədqiqatçılar bildirirlər ki, texnologiya gələcəkdə genlərin hüceyrələrə çatdırılması və müxtəlif xəstəliklərin müalicəsi üçün tibbdə istifadə oluna bilər.

Lakin alimlər süni intellektin gələcəkdə təhlükəli patogenlərin hazırlanmasında istifadə edilə biləcəyindən də narahatdırlar. Hazırda bu cür risklərin qiymətləndirilməsi və nəzarəti ilə bağlı qaydaların texnologiyanın inkişafından geri qaldığı bildirilir.

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər