Qızılı dadmaq istədi, 50 qramlıq külçəni uddu

Qızılı dadmaq istədi, 50 qramlıq külçəni uddu
20.08.2026 06:10 Maraqlı

Pekində həkimlər beş yaşlı qızın maraqdan udduğu 50 qramlıq qızıl külçəni onun mədəsindən çıxarıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Sohu Paytaxt Uşaq Tibb Mərkəzi məlumat yayıb.

Tibb müəssisəsinin mətbuat xidmətindən bildirilib ki, hadisə avqustun 15-də gecə saatlarında baş verib.

Ata bir müddət uzaqlaşdığı vaxt uşaq təxminən 4 santimetr uzunluğunda olan külçə ilə oynayıb. Qız daha sonra anasına qızılı dadmaq üçün ağzına qoyduğunu və təsadüfən udduğunu deyib. Ailə bir neçə xəstəxanaya müraciət edib, nəhayət təcili əməliyyat həyata keçirmək mümkün olub.

Həkimlər bir neçə dəqiqə davam edən endoskopik müdaxilə həyata keçirərək yad cismi çıxarıblar. Uşaq artıq evə buraxılıb, onun həyatı üçün təhlükə yoxdur.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər