Polşada hündür hasarlar niyə bu qədər populyardır? – Səbəb açıqlandı
Polşada fərdi evlərin ətrafına hündür və möhkəm hasarlar çəkilməsi uzun illərdir davam edən ənənələrdən biri hesab olunur.
TodayPress TV xəbər verir ki, mütəxəssislərin fikrincə, bu hasarlar təkcə təhlükəsizlik məqsədi daşımır, həm də ev sahibinin sosial statusunun göstəricisi kimi qəbul edilir.
Bildirilir ki, Qərbi Avropanın bir çox ölkəsində evlər daha alçaq və açıq hasarlarla əhatə olunduğu halda, Polşada metal və ya beton hasarlar, avtomatik darvazalar, müşahidə kameraları və işıqlandırma sistemləri geniş yayılıb.
Məqalədə qeyd olunur ki, son illərdə beton hasarların yerini daha müasir metal konstruksiyalar və “ağıllı ev” sistemləri ilə inteqrasiya olunan hasarlar tutsa da, bu xüsusiyyət Polşanı digər Avropa ölkələrindən fərqləndirməyə davam edir.