Meyvəni belə yuyursunuzsa, səhv edirsiniz - XƏBƏRDARLIQ
Mütəxəssislər bildirirlər ki, meyvə və tərəvəzləri pestisid qalıqlarından təmizləmək üçün ən təhlükəsiz və effektiv üsul adi axar kran suyundan istifadə etməkdir.
TodayPress TV xəbər verir ki, onların sözlərinə görə, məhsulları sabun, yuyucu vasitələr, sirkə və ya soda məhlulunda yumaq tövsiyə edilmir. Çünki meyvə və tərəvəzlərin məsaməli səthi bu maddələri özünə çəkə bilər.
Ekspertlər həmçinin məhsulları suda uzun müddət islatmağın da düzgün olmadığını vurğulayırlar. Bu, mikroorqanizmlərin yayılmasına səbəb ola bilər.
Yarpaqlı tərəvəzlər hər yarpaq ayrıca yuyulmalı, qovun, gül kələm kimi nahamar səthli məhsullar isə xüsusi fırça ilə təmizlənməlidir. Qalın qabıqlı meyvələr də soyulmadan əvvəl mütləq yuyulmalıdır. Orqanik məhsullar isə pestisidlərdən yayınmaq üçün ən yaxşı seçim hesab olunur.