Məşhur yapon restoranı Ayda filial açacaq
Yaponiyanın “Tanuki” restoranı Ayda torpaq sahəsi alıb.
TodayPress TV xəbər verir ki, bu məlumat “Lunnoe Posolstvo v Rossii” (Rusiyadakı Ay Səfirliyi) reyestrində qeydiyyata alınıb.
“Bu, şirkət və bütün yapon mətbəxi sevənlər üçün tarixi hadisədir”, - deyə “Tanuki”dən bildirilib.
Şirkət əlavə edib ki, onlar “kosmik restoran konsepsiyası” üzərində işləyirlər. Bununla yanaşı, yaxın zamanda restoran şəbəkəsində “ayın menyusundan” ilk yeməkləri dadmaq mümkün olacaq.
Aysel Mətləb