Məşhur futbolçu Fransa Prezidenti olacaq?
Fransanın məşhur futbolçusu Kilian Mbappe siyasətə girmək barədə yayılan şayiələri rədd edib.
TodayPress TV xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Narahat olmayın, Fransa prezidenti olmaq fikrim yoxdur. Çox adam mənə bu barədə danışır, amma bu, planlarıma daxil deyil. Məndən onsuz da kifayət qədər nifrət edirlər. Karyeramı bitirdikdən sonra daha diqqətdən kənarda qalmağı planlaşdırıram",- futbolçu bildirib.
Jalə Rövşən