Mars meteoriti 5,3 milyona satıldı
Yer kürəsində indiyədək tapılmış ən böyük Mars mənşəli meteorit "NWA 16788" Nyu-Yorkda keçirilən "Sotheby’s" hərracında 5,3 milyon dollara satılıb.
TodayPress TV xəbər verir ki, 24,67 kiloqramlıq bu meteorit tarixdə ən bahalı satılan kosmik daş olub.
Onun yalnız 6,5%-i Yer mənşəli maddələrlə oxşardır.
"NWA 16788" 2023-cü il noyabrın 16-da Nigerin Agades bölgəsində tapılıb.
Meteorit Marsın asteroidlə toqquşması nəticəsində Yerə düşüb.
Alıcının kimliyi açıqlanmayıb.
Qiymət Mahir