Keniyada 2,6 milyon illik daş alətlər tapıldı

Keniyada 2,6 milyon illik daş alətlər tapıldı
17.08.2025 19:30 Maraqlı

Keniyanın Nyayanga adlı arxeoloji ərazisində alimlər 2,6 milyon il əvvələ aid daş alətlər aşkar ediblər. Kəşf qədim insanabənzərlərin planlama qabiliyyətləri barədə mövcud təsəvvürləri dəyişir.

TodayPress TV xəbər verir ki, bu barədə “Live Science” yazıb.

Alimlərin sözlərinə görə, söhbət xırda tapıntılardan yox, 401 ədəd Olduvay mədəniyyətinə aid alətdən gedir. Onların hazırlanmasında istifadə edilən daşların çoxu həmin ərazidə mövcud deyil və təxminən 10 kilometr uzaqlıqdan gətirilib. Bu isə indiyə qədər mümkün hesab ediləndən təqribən 600 min il daha qədim dövrə təsadüf edir.

Paleontoloq Rik Potts bildirib ki, söhbət təkcə alət düzəltməkdən getmir, həm də resursların qida mənbələrinə məqsədli şəkildə daşınmasından gedir. Müqayisə üçün, müasir şimpanzelər daşları ən çox 2 kilometr məsafəyə daşıya bilirlər və bunu da mərhələli şəkildə həyata keçirirlər. Qədim insanabənzərlərin isə daha mürəkkəb idrak qabiliyyətinə malik olduğu görünür.

Maraqlıdır ki, bu alətlərin dəqiq yaradıcısı hələ müəyyən edilməyib. Tapıntılar "Homo" nümayəndələrinə aid ola biləcəyi kimi, "Paranthropus" növünün də müəllifliyi istisna edilmir. Ərazidə "Paranthropus"a aid edilən qalıqların aşkarlanması isə bu ehtimalı gücləndirir.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 IYUN 2026
Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 Bütün Xəbərlər