İllərdir yumurtanı səhv bişirirmişik? Mütəxəssislər yeni üsulu açıqladı
Mütəxəssislər bildirirlər ki, yumurtanı ənənəvi qaynatmaq əvəzinə qaynar suda dəmləmək daha uğurlu nəticə verir. Onların sözlərinə görə, bu üsul yumurtanın bərabər bişməsinə, sarısının təbii rəngini və kremvari teksturasını qorumasına kömək edir.
TodayPress TV xəbər verir ki, tövsiyəyə əsasən, yumurtalar su qaynadıqdan sonra ocaq söndürülməli, qazan qapaqla örtülərək 10-12 dəqiqə saxlanmalıdır. Yumşaq bişmiş yumurta əldə etmək istəyənlər üçün isə 6-7 dəqiqə kifayət edir.
Mütəxəssislər əlavə edirlər ki, bişmiş yumurtaları dərhal soyuq suya qoymaq qabığının daha asan təmizlənməsini təmin edir. Həmçinin 1-2 həftə soyuducuda saxlanılmış yumurtaların daha rahat soyulduğu, suya bir xörək qaşığı duz və ya sirkə əlavə edilməsinin isə qabığın çatlamasının qarşısını aldığı qeyd olunur.