İdman edənlərin nəzərinə: Yorğunluq hissini necə dəf etmək olar?
İnsanlar tək məşq etdikləri zamanla müqayisədə qrup halında daha uzun və intensiv məşq edə bilirlər.
TodayPress TV xəbər verir ki, bunun səbəbi yalnız motivasiya və ya başqalarından geri qalmaq istəməməsi ilə bağlı deyil, həm də beynin sosial siqnallara reaksiyası ilə əlaqəlidir.
Araşdırmalara görə, insan tək olduqda beyin yorğunluq və ağrı siqnallarını daha tez qəbul edir və fiziki sərhədlərə çatdıqda məşqi dayandırmaq istəyi artır. Qrup şəraitində isə sosial qiymətləndirmə mexanizmləri aktivləşir və insan öz imkanlarını daha uzun müddət sınamağa meylli olur.
Psixoloqlar qeyd edirlər ki, ətrafdakı insanların iştirakı beynin yorğunluq hissini fərqli şəkildə qiymətləndirməsinə səbəb ola bilər. Bu zaman insan özünü daha çox məcbur edir, bəzən isə real fiziki imkanlarını aşmağa çalışa bilər.
Türkan İsgəndərli